Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) 2-ci iclası olub.
İclasda gedən müzakirələr barədə Mia.az-a açıqlama verən Qubad İbadoğlunun sözlərinə görə, əksər üzvlərin qatıldığı toplantıda ADR Hərəkatının təşkil etdiyi "Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndiriliməsi” mövzusunda ekspert müzakirəsininin nəticələrini müzakirə edilib: "Eyni zamandad, gündəlikdə olan təşkilatı məsələlər məsələsi üzrə geniş müzakirələr oldu. İlkin olaraq İdarə Heyətinin üzvlərinin məsul olacağı sahələr - təşkilati, ümumi, konseptual, ictimaiyyətlə əlaqələr, demokratik təsisatlarla iş, avrointeqrasiya məsələləri, sahibkarlarla iş, sosial rifah məsələləri - razılaşdırıldı. Eyni zamanda ayrıca olaraq icra aparatının və mətbuat xidmətinin yaradılması, eləcə də Ali Məclisin komissiyaları barədə də fikir mübadiləsi aparıldı. Qərara alındı ki, mərkəzi strukturlar formalaşdırılmazdan əvvəl, qısa müddətdə onun idarəçilik sxemi işlənilsin, onlar arasında ireyarxiya, şaquli və üfuqi münasibətlər dəqiqləşdirilsin və hər bis sahəyə məsul şəxsin görəcəyi işin təsviri hazırlanaraq bütün bu sənədlərin layihəsi İH-nin müzakirəsinə verilsin".
Təşkilati məsələ çərçivəsində Qubad İbadoğlu ilk sərəncamı ilə İH-nin üzvü Vurğun Əyyubun ADR Hərəkatı sədrinin 1-ci müavini təyin etdiyini də açıqlayıb: "İH üzvləri bu sərəncamı razılıqla qarşıladı və yekdilliklə dəstəklədilər. Eyni zamanda nizamnaməyə müvafiq olaraq razılaşdırıldı ki, ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-ın paytaxtı Vaşinqtona başlayan səfəri dövründə onun səlahiyyətlərini sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirəcək".
Onu da qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad
İbadoğlu bu gün ABŞ-a səfərə yola düşüb.