Mia.az-ın məlumatına görə, bu fikirləri eks-spiker Rəsul Quliyev səsləndirib. O daha sonra bunları qeyd edib: "Bu illər ərzində həm daxildə həmdə xaricdə xüsusilə liderə radikal müxalifətdə olanların qətl edilməsi prosesi davam edir. Putin bir daha sübut etdiki keçmiş KGB işçisi olmur. Putin indiyə qədər ona radikal müxalifətdə olan 3-cü adamı öldürdü. Politkovskaya, Litvinenko (İngiltərədə) indidə Nemçov. 1 martda Moskvada mitinq olmalıdır. Mitinqə 100 mindən çox insan çıxmalı idi. Sözsüzki o mitinqdə Putin siyasətinə qarşı ən radikal çıxışı prezident Poroşenko və prezident Saakaşvilinin dostu Nemçov edəcəkdi. Putin bu cinayəti törədənlərlə şəxsən özü məşğul olacağını artıq bəyan edib. Politkovski öldürüləndədə belə bir bəyənatla çıxış etmişdi.10 il keçib cinayət açılmayıb. İndidə ondakı kimi kimlərisə həbs edəcəklər (çox ehtimal Ramzan Qədirovun qoçularından) və guya istintaq davam edəcək. Nəticədə cinayət sübuta çatmayacaq.
Bu hadisədən istifadə edib hökümət ya mitinqi keçirməyi ləğv edəcək, ya da camaatı qorxudan şaiələr yayıb mitinqə gedənlərin sayını azaltmağa çalışacaqlar. Mən müxalifətin yerinə olsam Nemçovla vidalaşmanı mitinq keçirilən yerdə təşkil edərdim( ən azı buna cəhd edərdim). Müxalifət Putini yaxın vaxtlarda ciddi təşvişə sala bilməsə fiziki represiyalar davam etdiriləcək".