Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik İlham İsmayıl "Facebook"da maraqlı status paylaşıb.
Mia.az xəbər verir ki, sabiq MTN zabiti hələ də təqaüd ala bilməməsində vaxtı ilə işlədiyi nazirliyi günahlandırıb: "Erməni ilə vuruşdum, erməni məni mühasirədə saxladı, ermənidən 12 kəndi aldım,ermənidən kəndlərimizi müdafiə etdim. Almaniyada erməninin diplomatik cavabını verdim (şahid Əli Həsənov), erməni ilə bu gün də döyüşməyə hazır olduğumu, ön cəbhəyə göndərilməyimi xahiş etdim. Əvəzində yalnız yaşamaq üçün təqaüdümü istədim...Vermədilər. Erməniniin xərclərini ödəyib, Bakıya oynamağa çağırırlar. Ermənidən bu qədərmi ucuz oldum?!!!".
Mia.az