Azərbaycan Prezidenti İlham Əliyev daha bir sərəncam verib. 

Ölkə başçısı Artur Rasi-zadənin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah - fevralın 26-da A.Rasizadənin 80 yaşı tamam olur.