Azərbaycan bankları ticarət və xidmət obyektlərində kartla ödənişi dayandırıblar.
"Marja”nın məlumatına görə, bu barədə bir müddət əvvəl iri supermarketlərdə alıcılara məlumat çatdırılıb: "Hörmətli alıcılar, bankların şəbəkələrində yaranmış problemlərə görə, kartla ödəniş mümkün deyil. Alınan malların dəyəri nağd şəkildə ödənilməlidir”.
Mia.az xəbər verir ki, bu qərar müvəqqəti xarakter daşıyır. Bir neçə bankdan aldığımız məlumata görə, bu qərar son iki gündə yaranmış qeyri-müəyyənliklə bağlı olub. Artıq bu gündən etibarən, əksər alış-veriş mərkəzlərində kartla ödəmələr bərpa edilib.