Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını meydandan izləyir.
Mia.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1.
Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.