Azərbaycanın valyuta bazarında yaşanan qeyri-müəyənlik sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb.

Mia.az bildirir ki, sosial şəbəkə istifadəçiləri və ekspertlər manatın dəyərdən düşməsindən sonra marketlərdə artan qiymətlərə Prezident İlham Əliyevin müdaxilə edəcəyinə əminlik ifadə ediblər.

Mia.az-a bu söz-söhbətlərlə bağlı hakimiyyətə yaxın mənbədən maraqlı məlumat allıb.  Mənbə ölkə başçısının valyuta bazarında yaranan vəziyyət və bununla bağlı işbazların süni hərəkətlərinə reaksiiya verəcəyini gözlənilən olduğunu deyib: "Düşünürəm ki, prezident İlham Əliyev Tarif Şurasının benzinin qiymətinin artırması qərarına verdiyi kəskin reaksiyanı yenidən təkrarlayacaq.  Məhz dövlət başçısı indiki duruma müdaxilə edərək, süni gərginlik yaradılmasının qarşısını ala bilər. Əminəm ki, belə də olacaq...".

Mia.az