Fevralın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vexi qəbul edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Bununla yanaşı, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya Respublikası Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner iştirak edib.
Zakir Həsənov səfirlə görüşdü
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08