Abşeron Rayon Polis İdarəsinin (RPİ) 3 əməkdaşı Binəqədi RPİ-yə təyinat alıb.
Bu barədə müvafiq əmrləri daxili işlər naziri general-polkovnik Ramil Usubov imzalayıb.
Belə ki, Abşeron RPİ-nin Təhqiqat Bölməsinin rəisi polis mayoru Həsrət Aslanov Binəqədi RPİ-nin İstintaq Şöbəsinin (İŞ)rəisi təyin olunub. Binəqədi RPİ-nin İŞ-nin keçmiş rəisi polis polkovnik-leytenantı Ceyhun Axundov isə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə baş müstəntiq vəzifəsinə təyinat alıb.
Bundan başqa, Abşeron RPİ-nin müstəntiqləri Nəriman Atakişiyev və Məhəmməd Tağıyev də Binəqədi RPİ-yə təyinatlar alıb.
Qeyd edək ki, Abşeron RPİ-nin keçmiş rəisi polis polkovnikiNamiq İsmayılov bir neçə ay əvvəl Binəqədi RPİ-nin rəisi təyin olunub.
Reoprt