Azərbaycan prezidenti İlham Əliyev V.G. Smirnovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamda deyilir: "Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə Vitali Georgiyeviç Smirnov "Dostluq” ordeni ilə təltif edilsin”.