Bakıda TRT Avaz telekanalının hazırladığı "Avaz” layihəsi çərçivəsində "Avaz” adlı tanıtım videosunun çəkilişləri olub.
Mia.az xəbər verir ki, Türk Dünyasının birliyini əks etdirən mahnıda hər bir Türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilova üçün yaradıcı heyət artıq Bakıda çəkilişlərə yekun vurub.
Çəkilişlər Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansaray,
Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və
başqa məkanlarda aparılıb.
"Avaz”
tanıtım videosu Novruz Bayramı ərəfəsindən başlayaraq bütün Türk xalqlarının
telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.
Tanıtım
videosunu Ali Çiçiek və Ahmet Sabuncu lentə alır. Bosniyada çəkilişlərə yekun
vurub Azərbaycana gələn yaradıcı heyət Türkmənistana yollanıb.