Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının "Hilal-e Pakistan” ordeni ilə təltif olunub.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Pakistan prezidenti Məmnun Hüseyn fevralın 11-də müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, "Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk xanımdır.