"Lamiyə işi”ndə əsas fiqurant olan Aslan Aslanovun evinin polis mühasirəsində saxlanması haqda Baş Prokurorluqda məlumat yoxdur.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti nin rəhbəri xəbərə münasibət bildirərkən, təkzib etməyib. Deyib ki, rəhbərlik etdiyi xidmətdə bu haqda məlumat yoxdur.
Xatırladaq ki, yayılan məlumatlarda kənd təsərrüfatı nazirnin sabiq müavini Aslan Aslanovun Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə axtarış aparıldığı bildirilib.
Musavat.com xəbər verib ki, A.Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar.