Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi irimiqyaslı hərbi təlimlər başa çatıb.

Mia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlimlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təlimlərə ehtiyatdaolan5 min hərbi qulluqçu cəlb edilib.

Təlimlərdə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri iştirak edib.