Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.
Mia.az Azertac-a istinadən xəbər verir ki, Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.