Mia.az-ın əldə etdiyi məlumata görə, Nəqliyyat naziri Ziya Məmmədov bu gün Saleh Məmmədovu kollektivə təqdim edib. Nazir bildirib ki, hələlik "Azəryolservis” ASC-yə rəhbərliyi S.Məmmədov edəcək. Onun rəsmən "Azəryolservis” ASC rəhbəri kimi fəaliyyətə başlaması üçünsə, prezident sərəncam imzalayacaq. Hələlik isə belə bir sərəncam yoxdur.
Qeyd edək ki, "Azəryolservis” ASC-yə indiyədək Cavid Qurbanov sədrlik edirdi. O, ölkə başçısının dünənki sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edilib.
Mia.az