Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni qurum yaradılması ilə bağlı sərəncam verib.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən "Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
 
Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.