Daxili İşlər naziri Ramil Usubov yeni əmr verib. 

Əmrə əsasən, Abşeron rayon polis şöbəsinin iki müavin və bölmə rəislərinin rütbəsi qaldırılıb.
 
Xatırladaq ki, bir neçə ay öncə Abşeron rayonunda fəaliyyət göstərəcək polis bölmələrinin sayının 4-ə çatdırılacağını yazmışdıq. Xəbərdə Mehdiabaddan sonra Hökməli və Masazır qəsəbəsində, həmçinin, Xırdalan şəhərində polis bölmələri yaradılacağı, bundan sonra isə Abşeron RPŞ-yə idarə statusu veriləcəyi bildirilirdi(axar.az).