Azərbaycan prezidenti İlham Əliyev Polad Bülbüloğlunun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

P.Bülbüloğlu Azərbaycanın mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, P. Bülbüloğlu ölkəmizin Rusiyadakı səfiridir.