Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov yol polis işçilərinə kəskin
ittihamlar səsləndirib.
Mia.az xəbər verir
ki, E.İbrahimov parlamentin iclasında DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin
rəis müavini, polkovnik Ramiz Hüseynovun iştirak etdiyini nəzərə alaraq onun
diqqətinə çatdırıb ki, "serjantlardan soruşun ki, Milli Məclsin
maşınlarının nömrəsi hardan başlayır, harda qurtarır? Prezident Aparatının
nömrələri hardan başlayır, hardan qurtarır. Məni maşına görə tanıyırsız. Mənim
alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10
AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilmədirlər ki, bunu
idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Amma deyirlər ki,
məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə
çox gileylər olub və başıma da gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin
deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm, oxuyun ki, orada nə yazılıb.
Mənə deyir, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan
125 deputatda var. Oxudun başa düşmədin? Bu "dana”, üzr istəyirəm, haradan
gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir
başa salın ki, deputat, prezident, baş nazir kimdir. Yəqin ki, heç
Məhkəmə-Hüquq Şurasının üzvlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar
olmasın. Demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq.
Amma onlara başa salın ki, bizə küçədə qanunsuzluq edən insanlar kimi
yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır».