Bu gün saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Mia.az bildirir ki, bu xəbəri azərbaycanın Müdafiə Nazirliyi yayıb. Nazirlik qeyd edib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.