Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Bununla da aşağıdakı şəxslər gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi alıblar:

Həsənov Vəzir Həsən oğlu - Sumqayıt Baş Gömrük İdarəsinin rəisi

Süleymanov Vurğun Elxan oğlu - Baş Gömrük Mühafizə Xidmətinin rəisi.