Azərbaycan Universitetində rektor dəyişikliyi olub. Rektor Eldar Qəhrəmanov vəzifəsindən azad edilib və həmin universitetdə kafedra müdiri təyin olunub. Onun yerinə Fərid Əhmədov yeni rektor təyin olunub.
35 yaşlı yeni rektor Oksford Universitetini bitirib. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, "ADA” Universitetində müəllim kimi fəaliyyət göstərib.
Kadr dəyişikliyini universitetdən Modern.az-a təstiqləyiblər.