Daxili işlər naziri Ramil Usubov yeni rəis təyinatı ilə bağlı əmr imzalayıb. 


Mia.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Mübariz Mehrəliyev Naftalan şəhər Polis Şöbəsinə rəis təyin olunub.

Xatırladaq ki, M.Mehrəliyev bu əmrə qədər Neftçala rayon polis rəisinin müavini işləyib.

Qeyd edək ki, nazir Ramil Usubov ötən ilin oyabrında imzaladığı sərəncamla  Naftalan Şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov Zərdab rayonuna polis rəisi təyin edilmişdi.