Bu gün səhər Azərbaycanda zəlzələ baş verib. 

AMEA Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə qeydə alınıb. 

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. 

Təbii fəlakət yerin 37 km dərinliyində meydana gəlib.