Xəbər verildiyi kimi, tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli yanvar ayının 23-də Bakı-Yevlax-Qazax magisrtal yolunun 263-cü km-də qəzaya düşüb.
Bu barədə
Vidadi İsgəndərli "Youtbe.com”da paylaşdığı videoda deyib ki, idarə etdiyi avtomobillə Bakı istiqamətinə hərəkətdəykən,
qarşı tərəfdən gələn "Ford” markalı avtomobil onun yoluna çıxıb. Qəza nəticəsində
Vidadi İsgəndərlinın avtomobili əzilib, özü isə xəsarət alıb.
Bu barədə "hefteaz.tv”yə açıqlama verən İsgəndərli
hadisəni özünə qarşı sui-qəsd sayıb. Yevlax
DYP postundan "hefteaz.tv”yə deyiblər ki, qəza törədən avtomobil axtarışdadır.
Hadisə ilə bağlı BDYPİ-nin İstinataq və Təhqiqat Şöbəsində araşdırma aparıldığı
da deyilib.
Hadisə və
orada yaşananlarla bağlı Mia.az-a verilən məlumatda isə maraqlı məqamlar var.
Saytımıza daxil olan məlumata görə, hadisədən sonra həqiqətən də Yevlax postuna
gedən Vidadi İsgəndərli orada "Ford” markalı maşının qəfildən onun yoluna
çıxmasını və hadisəni ona qarşı sui-qəsd olması ilə əlaqələndirib. Saytın
elektron poçtuna daxil olan məlumatda iddia olunur ki, Vidadi bəy orada yol
polislərinə "Məni bütün ölkə tanıyır, siz tanımırsınız? Ölkə başçısından
tutmuş, Ramil Usubova qədər hamı bilir, mən kiməm” deyərək, yol polislərinin təhdid
də edib.
Bunun nə
dərəcə doğru olduğunu, əlbəttə, hadisə yerində olan yol polisləri, Vidadi İsgəndəli
və hadisə yerində olan şahidlər təsdiqləyə bilər. Ancaq fakt odur ki, ilkin
araşdırma zamanı Vidadi İsgəndərlinin sərxoş olması müəyyən olunaraq, barəsində
tədbir görülüb. Eyni zamanda, onun idarə
etdiyi maşın cərimə meydançasına aparılıb.
Məlumata
görə, V.İsgəndərlinin idarə etdiyi 50 CC
782 dövlət nömrə nişanlı avtomobilin necə əziləməsi və "Ford” axtarışı istiqamətində
tədbirlər davam etdirilir.
Mia.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmanı Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsi aparır. İstintaq idarəsindən verilən arayışda Vidadi İsgəndərlinin olay zamanı sərxoş olduğu da rəsmən təsdiqlənib.


