Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universiteti əməkdaşlarının maaşlarının artırılması haqda sərəncam imzalayıb.
Mia.az Turan agentliyinə istinadən xəbər verir ki, sərəncama əsasən universitet əməkdaşlarının sosial durumunu yaxşılaşdırmaq məqsədilə maaşlar 10% artırılıb.
Sənəd yanvarın 9-da imzalansa da yanvarın 1-dən qüvvəyə mindiyi qeyd edilib.