Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq” və "Azərittifaq”ın Xaçmaz Rayon İstehsal-İstehlak Kooperativi Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı məhkəmə davası açıb.
Miia.az xəbər verir ki, tərəflərin
məhkəmə çəkişməsinə səbəb komitənin balansdaşıyıcı qurum olaraq "Azərittifaq”ın
razılığı olmadan onun balansında olan torpaq sahəsinin rayonda yerləşən "Arzu ticarət mərkəzi” MMC və İlqar Bədirxanov a satılmasıdır:
"Hazırda "Azərittifaq” və "Azərittifaq”ın Xaçmaz Rayon
İstehsal-İstehlak Kooperativinin rəhbərliyi Əmlak Məsələləri Dövlət Komitəsinə
qarşı iddia qaldıraraq, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi-1 ünvanda yerləşən və
icarə müqaviləsində göstərilən 3156,49 kv.metr torpaq sahəsindən artıq hissəyə xitam
verilməsini tələb edir”.
Mia.az-ın məlumatına görə, işə 2
saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb: "Bu məhkəmənin qərardadından verilmiş
şikayət isə bu günlərdə Bakı Apellyasıya Məhkəməsi
tərəfindən araşdırılıb. Hakim Elmira Nağıyeva birinci məhkəmə instansiyasının
qərardadını ləğv edərək, işi yenidən 2
saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə geri qaytarıb”.
Bildirilir ki, yaxın günlərdə tərəflərin məhkəməsinə start veriləcək.
Mia.az