Bakıda daha iki rayonun polis rəisləri dəyişdirilib.

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Ramil Usubovun əmri ilə Nərimanov və Sabunçu rayonlarının Polis İdarələrinə yeni rəis təyin edilib.

Nərimanov rayonuna Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov, Sabunçuya isə Şəki rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov təyin edilib.