Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2014-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransındamüxtəlif sahələrdəki korrupsiya və rüçvət hallarından danışıb.

K.Əliyev bildirib ki, ötən il əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib. Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşib. Həmin şəxslər barəsində "Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib.

K.Əliyev deyib ki, ötən il Fövqəladə Hallar, Milli Təhslükəsizlik, Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri əlaqələr yaradılıb, nəticədə daxil olan müraciətlər əsasında 45 nəfər Səhiyyə Nazirliyindən, 11 nəfər yerli icra hakimiyyəti orqanlarından, 21 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, həmçinin Təhsil Nazirliyindəndə bir neçə nəfər məsuliyyətə cəlb olunub(modern.az).