Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.