X.B. Yusifzadəyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin”.
Qeyd edək ki, Yusifzadə Xoşbəxt Bağı oğlu Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.
Prezidentdən ARDNŞ-in vitse-prezidenti ilə bağlı SƏRƏNCAM
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08