ABŞ Dövlət Departamenti xarici ölkələrə gedən vətəndaşları üçün tövsiyələri yeniləyib. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bildirişdə amerikalılara münasibətdə terror aktının törədilə bilməsi ehtimalının artdığı qeyd olunur. Dövlət Departamenti xəbərdarlıq edir ki, ABŞ vətəndaşları Yaxın Şərqdə, Şimali Amerikada, Avropa və Asiyada, o cümlədən İŞİD-də qarşı mübarizə aparan beynlxalq koalisiyanın tərkibində olaraq Suriyada və İraqda terror hücumlarına məruz qala bilərlər. Bu tövsiyələr Parisdə satirik jurnalın 12 əməkdaşının güllələnməsindən sonra yenilənib. Xatırladaq ki, Parisdə terror qurbanlarının sayının artması dünən də davam edib.