Bunu mia.az-a açıqlamasında ADP sədrinin müavini Taliyət Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda heç bir iş adamı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərmir. istəsə belə göstərə də bilməz. "Çünki, mövcud qanunvericiliyin şərtləri elədir ki, qazancının 90 faizini gərək dövlətə verəsən. Bu şərtlərlə hansı iş adamı işləyər? Bütün iş adamları məcburdurlar ki, gəlirlərini gizlətsinlər, bunu dövlət orqanları da bilir. Ona görə vergi idarələri hər il qanunsuz olaraq biznes adamlarından pulllar toplayırlar. Hamı da onu verməyə məcburdur, verməsə, işləyə bilməz. Yəni, vəziyyət bu cür acınacaqlıdır. Ona görə belə bir vəziyyətdə iş adamlarına yalnız ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində birgə mübarizə aparmağı və ya təşəbbüslərlə çıxış etməyi tövsiyyə etmək olar. Təkbaşına kiminsə mübarizə aparmasının heç bir effekti ola bilməz, əksinə həmin iş adamının daha acınacaqlı duruma düşməsinə səbəb ola bilər", - deyə T.Əliyev bildirib.
Mia.az