Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov işdən azad edilib.
Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik Ə.Həsənov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi polis general-mayoru Mirqafar Seyidovun əmri ilə vəzifəsindən azad edilib. Hələ ki, onun yerinə təyinat yoxdur.