Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl «Azərenerji»nin prezidenti Etibar Pirverdiyev rəhbərlik etdiyi qurumun bütün tikinti və elektrik çəkilişi layihələrini həyata keçirən və dolayısı ilə özünə bağlı olan "Azenco" ASC-də 4 idarəni ləğv edən islahata imza atıb.
Mia.az xəbər
verir ki, sözügedən islahat qərarı ilə Mehman Şamilovun rəisi olduğu Elektrik
Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar
Əhmədovun rəisi olduğu Yüksək Gərginlikli Elektrik Verilişi Xətlərinin
Quraşdırılması İdarəsi, gürcü əsilli Ronaldın rəisi olduğu və «Azərenerji»ini
dövlət əhəmiyyətli layihələrin icra edilməsi idarəsi, həmçinin tələbə yoldaşı
Əbülfət Kamilovun rəisi olduğu Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin
Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsi
bir əmrlə ləğv olunub. Etibar Pirverdiyev ləğv edilən idarələrin bazasında
yaradılan yeni quruma – Elektrotexniki Avadanlıqların Quraşdırılması idarəsinə
tələbə yoldaşı Əbülfət Kamilovu rəis təyin etdirib.
Mia.az xəbər verir ki, işini itirən idarə rəislərindən biri, daha dəqiqi, Etibar Əhmədov bu günlərdə səs-küylü şəkildə həbs olunub. Onun həbsi, bu həbsdə "Azərenerji" və "Azenco" ASC-də kimlərin hansı səviyyədə maraqlı olmaları haqda sayta daxil olan məlumatları hələlik dəqiqləşdirmək mümkün olmayıb. Dəqiqləşdirmələrimiz davam edir.
Mia.az