ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobili Bakıda qəza törədib.

Mia.az Report-a istinadən xəbər verir ki, səfirliyə məxsus "Chevrolet” markalı avtomobil motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletdə olan bir nəfər ölüb, digəri yaralanıb. Onların şəxsiyyəti hələ ki, məlum deyil.

Qəza ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında (Azadlıq prospekti-111) baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.