Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, polis general-mayoru İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bayramlar münasibətilə təbriklərini və arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdırıb.
Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim olunub.