Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.
Toplantıda Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev orduda həyata keçirilən islahatların xalqımız tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Bildirilib ki, ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsinə xüsusi önəm verilir.
Silahlı Qüvvələrin yanacaq-sürtkü materialları, müasir texnika və digər avadanlıqlarla təchiz olunması istiqamətində görülən işləri şərh edən zabit H.Vəliyev yeni səhra yanacaqdoldurma məntəqələrinin, müasir tələblərə cavab verən yanacaq anbarlarının tikilib istifadəyə verilməsinin planlaşdırıldığını və bu fəaliyyətlərin davam etdiyini xüsusi vurğulayıb.
Sonra texniki vasitələrin istismarı, saxlanılması, yeni kart sisteminə keçid və digər yeniliklər barədə ətraflı məlumat verilib, müdafiə nazirinin tapşırığına əsasən ordumuzun bu sahədə gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr şəxsi heyətin diqqətinə çatdırılıb.


