Bu gün Prezident İlham Əliyev sərəncam verib.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, budəfəki sərəncam "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsindən bəhs edir. 

Belə ki, sərəncama görə "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 10, maddə 870) 2.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib. 

Bundan əlavə, 2.7. dövlət büdcəsindən ayrılan vəsait sozü əlavə olunub.
 
Yeni sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.