Mərkəzi Seçki Komissiyası xəbər verir ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. Seçici siyahılarında 4 milyon 819 min 382 nəfərin adları yer.
Namizədlərin 13 min 907-si 8 siyasi partiyadan, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupundan irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə namizədlər arasında 30 siyasi partiyanın təmsilçisi var. Bir bələdiyyə üzvü yerinə 2,5 nəfər mübarizə aparır.
Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Qeydə alınan müşahidəçilərin sayı 50 mini keçib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.