Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidovun təqdimatı ilə Daxili İşlər Naziri Ramil Usubov Bakının 4 rayonunun polis rəislərinin dəyişdirilməsi barəsində əmr imzalayıb.
AzNews.az xəbər verir ki, əmrə əsasən Nizami, Xətai, Nərimanov və Səbayel rayonlarının polis idarələrinin rəisləri vəzifələrindən azad edilərək, yeni vəzifələrə təyin olunublar.
Nizami RPİ-nin rəisi Səbayel RPİ-nə, Səbayel RPİ-nin rəisi Xətai PRİ-nə, Xətai PRİ-nin rəisi Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi isə Nizami RPİ-nə rəis təyin edilib.