Bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə "Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb(AzerTac).