İŞİD daha iki jurnalisti oğurlayıb.

Musavat.com-un məlumatına görə, İŞİD-in işğal etdiyi yəzdilərin yaşadığı Şenqal şəhərinin xilas edilməsi üçün peşmərgə əməliyyatlara başlayıb. Əməliyyatlar ABŞ-ın dəstəyi ilə və hərbi təyyarələr vasitəsiylə aparılır. Peşmərgə bu səhər üç cinahdan hücuma keçib.

Xəbər hazırlamaq üçün bölgədə olan Ərbilin Rudav kanalının iki jurnalisti İŞİD tərəfindən oğurlanıb.

Əməliyyata PKK və yəzdilər də qoşulub. Şenqal dağından enən kürdlər şəhər mərkəzinə doğru hücuma keçib.