Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Avropa Birliyini sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Avropa Birliyinin gülənçi mətbuat nümayəndələrinin həbsini tənqid edən bəyanatını şərh edərkən bunları deyib.

"Avropa Birliyinin  milli təhlükəsizliyimizi təhdid edənlərə qarşı  təhlükəsizlik qüvvələrimizin atdığı addıma qarışmaq səlahiyyəti yoxdur. Bu qurum  yaxşı olar ki, özünün müdaxilə səlahiyyətini araşdırsın. Xahiş edirəm, öz işləri ilə məşğul olsunlar."

Ərdoğan gülənçi mediaya da xəbərdarlıq edib: "İnşallah media  bu çirkli  işlərdən ayrılacaq. Özünü bu təhlükəli  işlərdən xilas edəcək.  Bu çirkli mərkəzlərə tabe olanlar,  itirməyə məhkumdur. Bunu  bilmələri lazımdır. Şantaja, təhdidlərə, beynəlxalq dairələrin ölkəmiz üzərində, millətimiz üzərində qurduqları tələlərə, bu millət getməyib, getməyəcək".