"Bu ilin may ayında Ermənistanın Avrasiya İttifaqına üzvlüyü məsələsi həll olunanda prezident Nursultan Nazarbayev ölkəmizin bununla bağlı mövqeyini dəqiq ifadə edib”.
Bunu Bakıda keçirdiyi mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev deyib.
Səfirin sözlərinə görə, Qazaxıstanın mövqeyi ondan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına beynəlxalq birlik tərəfindən qəbul edilən sərhədlər çərçivəsində qəbul oluna bilər: "Dağlıq Qarabağ bu qurumda ola bilməz. Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyimiz də məhz budur”.
Qazaxıstanla Azərbaycan arasındakı siyasi dialoqa gəldikdə isə səfir qeyd edib ki, tərəflər hər il yüksək səviyyədə qarşılıqlı səfərləri təşkil etməyə çalışırlar. Diplomat bildirib ki, 2015-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri planlaşdırılır.