Dekabrın 17-də Xarkovda 31 dekabr — «Dünya Azərbaycanlılarının Həmrəylik Günü»nə həsr olunmuş Azərbaycan-Ukrayna Gecəsi keçiriləcək.

 Bu barədə "Azinform.az-a məlumat verən Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi Aparatının rəhbəri Samir Adıgözəlli deyib ki, tədbir Azərbaycanın Xarkov vilayətindəki Fəxri Konsulluğunun təşkilatçılığı ilə baş tutacaq: 

"Tədbirdə iştirak etmək üçün DAK rəsmisi kimi mənə də dəvət gəlib. Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Ukrayna Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycan səfirliyinin nümayəndələri, iş adamları və diaspor təşkilatı rəhbərlərinin iştirak etdiyi gecədə hər iki ölkənin xalq artistləri, incəsənət ustaları bir-birindən maraqlı ifalar səsləndirəcəklər”. 

DAK rəsmisi deyib ki, tədbirdən öncə isə Azərbaycan-Ukrayna Gecəsinin keçirildiyi Xarkov Opera Teatrının foyesində Azərbaycana həsr olunmuş sərgi nümayiş olunacaq