Azərbaycan prezidenti İlham Əliyev bu gün bir neçə fərman imzalayıb. Ölkə başçısı Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiilə Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Prezident "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” sazişin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib.
"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” saziş 2014-cü il mayın 6-da Bakıda imzalanıb.