Bu gün Prezident daha 3 sərəncam verib.
Sərəncamlara əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova "Əməkdar mühəndis” fəxri adı,
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Günəş Məhərrəm qızı Vəliyevaya "Əməkdar Hüquqşünas” fəxri adı, Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Səxavət Böyükbala oğlu Əsədova "Əməkdar mühəndis” fəxri adı verilib.