Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb.

Bu barədə idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov əmr imzalayıb. 

Müvafiq əmrlərlə BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

APA